Məşhur müğənni Çovdarovla `əlaqəsindən` - danışdı
09.06.2016 14:53 Artreaksiya 2196
Tanınmış müğənni Şəbnəm Tovuzlu ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla əlaqəsinin olması haqda mətbuatda yayılan məlumatlara münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, müğənni haqqında səslənən ittihamları yalanlayıb.
“Bəzi saytlar mənim sayəmdə öz reytinqlərini qaldırmaq istəyirlər. Bunlar sadəcə şayiə və yalandır. Belə məlumatları yaymaqla özlərini güldürürlər. Başa düşürəm, mən sevilirəm, gündəmdəyəm. Bunu həzm edə bilmirlər. Sadəcə birgə yaşadığım insanla aramızda problemimiz olmuşdu. Belə xəbərlərə gülüb keçirəm. Narahat olmayın, hər şey əladır”.
Qeyd edək ki, yerli KİV-də yayılan məlumata görə, məşhur xanım müğənni Şəbnəm Tovuzlu qadın alveri ittihamı ilə MTN-ə aparılıb. İddia olunur ki, müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib.
Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.
Şərhlər