Üzeyir bəyi ermənilər öldürüb - Fakt

20.07.2016 20:35     Artreaksiya     1586

1939-cu il. Stalin Moskvada şəxsən Üzeyir bəyə təklif verir: “Yaxşı olar ki, sovet musiqiçiləri arasında bir müsabiqə keçirək. Xalq musiqisi alətlərində ifaçıların müsabiqəsi. Həmin müsabiqəyə də siz rəhbərlik edəsiniz.”

Ü.Hacıbəyov müsabiqəni təşkil edir. Amma… Birinci turdan keçə bilməyən iki erməni Moskvaya, Molotova şikayət məktubu yazaraq, Üzeyir Hacıbəyovu millətçilikdə ittiham edirlər. Halbuki münsiflər heyətində sovet respublikalarının hər birindən, o cümlədən Ermənistandan da nümayəndələr vardı. Molotov da məktubu Üzeyir bəyə göndərir. Məktubu oxuyan Üzeyir bəy bərk əsəbiləşir və bu stressdən o, şəkər xəstəliyinə tutulur. Aylar keçdikcə səhhəti pisləşməkdə davam edir. Onu o vaxtlar ən hörmətli sayılan və dövlət adamlarının müalicə aldığı «Leçkomissiya» xəstəxanasına yerləşdirirlər. Qəribədir ki, orada Üzeyir bəyi müalicə edən həkim də erməni olur. Və elə bu səbəbdən də Üzeyir bəyin vəziyyəti getdikcə daha da ağırlaşmağa başlayır.

1947-ci ildə ölkə rəhbərliyi onu, müəlicəsini davam etdirmək üçün Moskvadakı Kreml xəstəxanasına göndərir. Burada həkimlər onu müayinə edib deyirlər ki, indiyə qədər Bakıda onu düz müalicə etməyiblər. Çox zəifləyib, ürək də zəifləyib. Həkimlərdən ibarət komissiyanın rəyinə görə, xəstəni Bakıda elə günə salıblar ki, sağalıb ayağa qalxmasına güman yoxdur. Burda da bir qədər müalicə alandan sonra Yesentukiyə, 1948-ci ildə isə Bakıya, Mərdəkandakı sanatoriyaya göndərilir. Həmin ilin noyabr ayının 23-də dünyasını dəyişir. 

 

Reaksiya.az

Şərhlər