Bu gün böyük sənətkarın doğum günüdür

23.07.2016 17:54     Artreaksiya     1797

Bu gün Azərbaycanın estrada və opera müğənnisi, Azərbaycanın xalq artisti Flora Kərimovanın doğum günüdür.

Axar.az xatırladır ki, Flora Kərimova 1941-ci ilin bu günü - iyulun 23-də Bakıda anadan olub.

 

O, 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası, Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının klassik art-estrada janrlarının ustad sənətkarıdır.

 

Azərbaycan klassik art-estrada janrının banisidir. Bəstəkar Elza İbrahimova, xüsusi olaraq Flora Kərimovanın səsi üçün Afət operasını bəstələyib. “Qanun naminə” (1968) bədii filmində çəkilib.

 

Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn, İmma Sumac) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir - yəni bütün notları.

 

O, dövrdə SSRİ xalq artisti adını almaq üçün, əvvəl Azərbaycan SSR xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını verəcəkdilər. Əvvəlcə hər məqam yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına gəldikdə, Flora Kərimova qətiyyətlə fəxri adları almaqdan imtina edib. Hadisədən qəzəblənən Azərbaycan məmurları Kərimovanı növbəti dəfə hakimiyyətin arzuolunmaz şəxslər siyahısına daxil ediblər. Uzun müddət diskriminasiyalara məruz qalan Kərimova, hətta bu səbəblər üzündən bir müddət Polşada yaşamalı olub.

 

Flora Kərimova sənətdən uzaqlaşdırılıb, yenidən qayıtmasında əsas rol oynayan Ulu öndər Heydər Əliyev haqqında xatirələrindən danışıb:

 

“Deyirdilər, müxalifətçidir, xoşları gəlmirdi deyə, ekranlardan çıxarırdılar. Lakin mənə qarşı belə ədalətsizlik və özbaşınalıqlar olanda rəhmətlik Heydər Əliyev həmişə müdafiə edirdi. O, bir neçə dəfə məni efirə qaytarıb. Hətta bir xoşagəlməz hadisə olmuşdu, məni efirdən uzaqlaşdırdılar. Onda da məni efirə Heydər Əliyev qaytardı, dedi ki, sənətin siyasətə aidiyyəti yoxdur”.

 

Reaksiya.az

Şərhlər