"Bu hərəkəti edən şəxslər analarını, bacılarını"....

03.06.2015 11:13     Artreaksiya     1976

Akademik Milli Dram Teatrının gənc aktyoru Hikmət Rəhimova qarşı “Facebook” sosial Şəbəkəsində gey profili açılıb. Profildə aktyorun şəkilləri yerləşdiririb ve onu adından qeyri - etik statuslar yazılıb.  Bu barədə Reaksiya.az saytı fikrini öyrənmək üçün aktyorla əlaqə saxladıq. Aktyor Hikmət Rəhimov məsələdən xəbərdar olduğunu bildirdi: “Bununla bağlı hüquq - mühafizə orqanlarına müraciət etmişəm. Yəqin ki, onlar lazımi tədbirləri görəcəklər. Bir şeyi deyə bilərəm ki, bu hərəkəti edən şəxslər anasını – bacısını tanımayan şəxslərdir”.

Aktyorun həmkarı “Qatil” tamaşasında onunla birgə iştirak edən aktrisa Münəvvər Əliyeva isə hadisəyə belə açıqlama verdi: “Bu Hikmət Rəhimov üçün hazırlanmış xüsusi təxribatdır. Açılan  profiling isə aktyor Hikmət Rəhimovla heç bir əlaqəsi yoxdur”.

Şərhlər