“Hələ ölməmişəm, yaşayıram”

27.08.2016 22:26     Artreaksiya     1608

"Yeşilçam" filmlərinin məşhur aktyoru Tarık Akan ağciyər xərçənginə tutulub.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 66 yaşlı aktyor 14 aydır bu xəstəliklə mübarizə apardığını bildirib.
 
T.Akan müalicənin davam etdiyini və hazırda özünü daha yaxşı hiss etdiyini söyləyib:
 
"Hələ ölməmişəm, yaşayıram. Qorxulu bir şey yoxdur. Hər şey yolundadır".
 
Qeyd edək ki, T.Akan 1971-ci ildə başlayan aktyorluq karyerasında 111 filmdə və 4 serialda rol alıb.
 
 

Şərhlər