“Eurovision-2017” Kiyevdə keçiriləcək - 15 milyon avro xərclənəcək

09.09.2016 21:36     Artreaksiya     1466

Ukraynanın “Eurovision-2017” üzrə Təşkilat Komitəsi müsabiqənin Kiyevdə keçirilməsinə qərar verib.
 
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, müsabiqənin hansı şəhərdə keçirilməsi üzrə aparılan səsvermədə Kiyev 19, Odessa 2, Dnepropetrovsk isə heç bir səs almayıb.
 
Müsabiqə Dnepr çayının sol sahilində yerləşən Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.
 
“Mərkəz əvvəlcədən müsabiqəyə tam hazır olacaq. Bütün akustik avadanlıqlar yenidən təkmilləşdirilməlidir. Ora təxminən 12-14 min tamaşaçı yerləşməlidir”, - Ukraynanın mədəniyyət naziri Yevqeniy Nişuk bildirib.
 
“Eurovision-2017”nin hazırlıqlarına ən azı 15 milyon avro sərf olunacaq.
 
Qeyd edək ki, müsabiqə 9-11 may tarixlərində keçiriləcək. Final isə mayın 13-nə nəzərdə tutulub.
 
 
 

Şərhlər