XİN Mətbuat Günü ilə bağlı açıqlama yaydı
21.07.2015 11:32 Artreaksiya 2799
Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunur.
Xarici İşlər Nazirliyi KİV-lə münasibətdə açıqlıq şəraitində KİV-in sorğu və suallarının operativ qaydada cavablandırılması, bu xüsusda, elektron vasitələrin tətbiqi və sosial şəbəkələrin imkanlarından geniş şəkildə istifadə edilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. Xarici KİV nümayəndələrinin akkreditasiyası funksiyasını həyata keçirən bir qurum kimi XİN tərəfindən bu sahədə hüquqi baza yaradılmış və elektron xidmətlərin tətbiqinə başlanılıb.
Xarici İşlər Nazirliyi rəhbərliyi, nazirliyin mərkəzi aparatının və diplomatik nümayəndəliklərin kollektivi milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar bu sahədə çalışan bütün peşəkarları səmimi qəlbdən təbrik edir və bu şərəfli işlərində onlara uğurlar arzu edir.Azərbaycanın Xarici İşlər Nazirliyi milli mətbuatın yaranmasının 140 illik yubileyi ilə əlaqədar açıqlama yayıb.ANS PRESS-ə verilən məlumata görə, XİN-nin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyun 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunur.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Jurnalist əməyi qeyri-adi, olduqca zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” deyə kəlamı milli mətbuat nümayəndələrinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərinə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır.
Milli jurnalistikanın müstəqil inkişafına dövlət qayğısının nümunəsi olaraq, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Mətbuat Şurası uğurla mətbuat, cəmiyyət və dövlət arasında əlaqələndirici rolunda çıxış edir.
Bu gün milli jurnalistikanın milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və ümumiyyətlə, ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, region və onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılması, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında müstəsna xidməti vardır.
Birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan məqsədyönlü qarayaxma kampaniyasının qarşısının alınmasında vətənpərvər milli mətbuat öz vəzifəsini bir daha layiqincə yerinə yetirdi.Xarici İşlər Nazirliyi KİV-lə münasibətdə açıqlıq şəraitində KİV-in sorğu və suallarının operativ qaydada cavablandırılması, bu xüsusda, elektron vasitələrin tətbiqi və sosial şəbəkələrin imkanlarından geniş şəkildə istifadə edilməsi istiqamətində fəaliyyətini bundan sonra davam edecekdir.
Şərhlər