Milli Mətbuatın 140 illiyi
22.07.2015 10:56 Artreaksiya 2582
Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın rolu əvəzsizdir.
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 140 il keçir.
Azərbaycan ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir.1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin xəbəri" adlı Azərbaycan dilində buraxılan əlavə, Milli Mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlardandır. Bu nəşrlər rəsmi bülleten xarakteri daşıdığından onlar hələ qəzet adlandırıla bilməzdi.
Milli mətbuatımızın bünövrəsi yalnız 1875-ci il iyulun 22-də"Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin nəşiri də, redaktoru və korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.
Nəşrin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Lakin Rus-Türk müharibəsi dövründə "türk-tatar" dilində nəşr edilən qəzetin arxa cəbhədə oxunmasından ehtiyat edərək Rusiya hökuməti 29 sentyabr 1877 il tarixində "Əkinçi"-nin rəsmi nəşrinin dayandırılması barədə fərman verib. Bu işdə "Əkinçi"nin mürəttidi erməni Minasovunnin donosları da öz işini gördü.
" İctimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Rusdilli qəzetlər içərisində daha uzunömrlü olmuş nin 1897-ci ildən etibarən nəşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olur. Yalnız 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olur. Sonralar Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.".XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi"Şərqi-rus" qəzeti oldu.
"Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzet ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və nəşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. Bu jurnal 1906-1918 –ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931 illərdə Bakıda nəşr edilib. Onun milli oyanış prosesinə xidmət edən haqq səsi Qafqazın hüdudlarını aşıb Rusiyada, Türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi.Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın mühüm rolu olub.
Bu cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. Bu onun gündəlik həyatında və işində xalqla sıx bağlı olmasının bəhrəsi idi. Həsən bəy Zərdabinin apardığı təbliğatın köməyi ilə Bakı Gimnaziyasında oxuyan tələbələrin sayı da az bir zamanda xeyli çoxalmışdır. Həsən bəy təhsil alan müsəlman tələbələrə yardım cəmiyyəti yaratmaq gərarına gəlir. O şəxsən cəmiyyətin Nizamnaməsini tərtib edir, icazə əldə edir və lazımi sənədləri notariat qeydiyyatdan keçirir.
Eyni zamanda Həsən bəy gənc müəllimlərə də diqqət yetirirdi. Ömrünün 60 ildən, çoxunu xalqın maarif və mədəniyyətinin yüksəlməsinə həsr etmiş müəllim Əlməmməd Mustafayevhaqqında kitabda Zərdabinin təhsil sahəsinə necə böyük əhəmiyyət verdiyi haqda yazılıb. Əlməmməd Mustafayev pedaqoji ixtisasa nail olsa da, öz doğma vətəni Şamaxıda işləməyə imkan tapmadıqdan 1906 ci ildə Bakı şəhərinə gəldi. Burada da daimi iş tapmaqda xeyli çətinliklərlə qarşılaşmışdı. Bu zaman Bakıda H.Zərdabinin rəhbərliyi altında müəlimlərin biliyini yoxlayan bir komissiya təşkil olunmuşdu.
Ə.Mustafayev komissiya qarşısında müvəffəqiyyətlə imtahan verdi. Komissiyanın üzvləri xüsusi ilə H. Zərdabi Ə.Mustafayevin cavabından razı qalıb onun 7-ci rus-tatar məktəbinə ştat müəllimi təyin edilməsinə qərar verir. Zaman keçdikdə gənc müəllimin şagirdləri Cəfər Cabbarlı, gələcəyin akademiki Məmməd Dadaşzadə kimi yüzlərlə məşhur yazıçı, alim və digər peşə sahibləri olur.
XX əsrin böyük hissəsi Azərbaycanda sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Məhz bu illərdə qəzet və jurnalların şəbəkəsi genişlənir, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşdirilir. Mətbuat daha çox partiyalı, sinifi olsa da, vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlədir və bu yolda bəzən təqiblərə də məruz qalır. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, o öz milli varlığını qoruyub saxlaya bilir. Azərbaycan müstəqilliyini bərpa etməsi ilə ölkədə həyatın bir çox səhələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı. Siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi.
Milli Mətbuatımızın əsl intibah dövrü Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yaşanıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı ilə respublikada senzura ləğv edilib. Ümummilli Lider tərəfindən müstəqil Azərbaycanda mətbuatın problemlərini əhatə edən 10-dan çox sərəncam və fərman imzalanır. Öz növbəsində Prezident İlham Əliyevdə medianın cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə xidmət edən bir sıra fərman və sərəncam imzalayıb.20 iyul 2015-ci tarixdə Prezident İlham Əliyev kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam verib.
ANS PRESS
Şərhlər