Vahabzadənin Əkrəm Əylisli haqda nadir - Videosu - VİDEO

04.10.2016 17:42     Artreaksiya     1823

Feysbuk sosial şəbəkəsində “Poeziya dəftəri” səhifəsi xalq şairi Bəxtiyar Vahabzadənin ömrünün son illərində çəkilmiş videosunu paylaşıb.
 
Axar.az xəbər verir ki, videoda Vahabzadənin ətrafındakı adamlarla Əkrəm Əylisli haqda söhbət etdiyi görünür.
 
Müzakirədə iştirak edən şəxslərdən biri Əkrəm Əylislinin bir vaxtlar Bəxtiyar Vahabzadə haqda xoşagəlməz ifadələr işlətdiyini və bu əməlinin cavabını aldığını deyir.
 
Qeyd edək ki, xalq şairi Bəxtiyar Vahabzadə illər əvvəl Əkrəm Əylisliyə şeir həsr edib. “Axtarırsan” adlı şeir 1998-ci ildə “Bozqurd” qəzetində dərc olunub.
 
AXTARIRSAN
 
Öz gözündə tiri görməyən gəda,
Özgənin gözündə qıl axtarırsan.
Köhnə şakərindir, bulandırmağa
Hər gün, hər ay göl axtarırsan.
 
 
Qələmin korlaşıb düşmüsən dərdə,
Hörmətin qalmayıb sənin heç yerdə.
Dölsüz olduğunu bildin nəsrdə,
İndi də “şeirdə” döl axtarırsan?
 
Bir zaman vətəni Aşota satdın,
Ürək bulandırdın, könül qanatdın.
Palıda, çinara sən çirkab atdın,
İndi gizlənməyə kol axtarırsan!
 
Qəlbin daş, ağlın da bir ovuc peyin
Döş-döşə gəlməyə qalmayıb heyin
Baxıb ayağına ölmüş eşşəyin,
Kürdənə vurmağa nal axtarırsan.
 
İçində zülmətdir, səhər bilirsən,
Qatırsan, özünü kəhər bilirsən,
Köhnə palanını yəhər bilirsən,
Belinə salmağa çul axtarırsan.
 
Özgənin uğuru səni yandırır,
Həsədin kinini qıcıqlandırır.
Özünün yalını bal adlandırır,
Özgənin balında yal axtarırsan.
 
Bir üzü gəlinsən, bir üzü arvad,
Kommunist, AXC, sonra Müsavat.
Ordan da çıxmısan, ay evi bərbad,
İndi də Daşnaka yol axtarırsan.

Şərhlər