Türkiyədə "Ən yaxşı aktrisa" adını qazanan aktrisamız kimdir?

02.11.2016 19:05     Artreaksiya     1541

Təhminə Rafaella “İçəri şəhər” filmindəki roluna görə Türkiyənin 5-ci "Van gölü" Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Trend-in məlumatına görə, festival 28-31 oktyabr tarixlərində Van şəhərində keçirilib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Qeyd edək ki, “İçəri şəhər” filmi 35-ci Qahirə Beynəlxalq Film Festivalı və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb.

Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Şərhlər