“Titanik”in titanik gerçəkləri...
05.11.2016 19:31 Artreaksiya 2022
90-cı illərdən bu yana bir-birindən gözəl səhnələri ilə yaddaşlara həkk olunan “Titanik” filminə bir də belə baxın.
Lent.az milyonların sevərək və yorulmadan dəfələrlə izlədiyi “Titanik” filminin tamaşaçıya görünməyən, sözün əsl mənasında titanik gerçəklərini təqdim edir.
Filmin baş qəhrəmanları Rouz və Cekin gəminin göyərtəsində çəkilən bu romantik səhnəsi, arxalarında duran filmin rejissoru Ceyms Kameron ilə birlikdə heç də filmdəki romantikliyinə yaxın gəlmir.
Bu fotoya baxdığınızda filmdəki kimi okeana düşən insanlar üçün narahat olmadınız, elə deyil? Təbii ki... Çünki ayaqlarının altında onları böyük bir okean yerinə rahat bir yataq dəsti gözləyir.
Bu fotoda isə aristokrat ailədən olan Rouz elit davranmağı unudub. Sizcə də elə deyil?
Filmdə gördüyünüz nəhəng sərnişin gəmisinin bu maket qədər balaca olduğunu bilirdiniz?
Filmdə Rouzun yıxılmaq təhlükəsi yaşadığı bu səhnənin əslində üç addımlıq bir məsafədə olduğunu öyrəndiyinizdə keçirdiyiniz o narahatlığa görə bəlkə də əsəbləşəcəksiniz.
Bu səhnədə isə Rouz Ceki xilas etmək üçün rejissor Ceyms Kameronu da köməyə çağırıbmış.
Bu insanları ölüm təhlükəsi gözlədiyinə heç inanmaq olmur...
Ağıllı bir rejissor eyni zamanda özünə güvənən bir üzgüçü də olmalıdır.
Bu səhnə filmin ən təsirli səhnələrindən biridir. Cekin Rouz üçün həyatını fəda etdiyi bu taxta sal təknəfərlik kimi görünür, amma bu fotoda da göründüyü kimi, sal üç nəfərdən də artıq adamı daşıya bilər.
Filmdə Keyt Uinsletin dublyorunu canlandıran aktrisanın da onun kimi Oskara layiq olduğu ilə razılaşarsınızmı?
Şərhlər