Bakıda FLAGS moda müsabiqəsi keçirilib
15.11.2016 14:13 Artreaksiya 1769
Bakıda "Art production" FLAGS moda müsabiqəsi keçirib.
Trend-in məlumatına görə, modelyerlər dünya ölkələrinin bayraqları ilə yanaşı, multikulturalizm üslubunda qeyri-adi əl işlərini kiçik modellər üzərində həyata keçiriblər. Qaliblər münsiflər heyətinin və tamaşaçıların verdiyi ballar əsasında müəyyənləşdirilib.
Münsiflər heyətində Ramina Abbasova, Dinara Amrahova, Məryəm Əlibəyli, Stilist Samir Aliyev, Nura Suri və Elza Seyidcahan kimi tanınmış simalar iştirak ediblər. Gecənin aparıcısı – Seyran Babayev olub. Qaliblər Türkiyənin İstanbul şəhərinə 4 günlük istirahətə göndəriliblər. 1-ci yerin sahibi Abbas Hacılı, modelyeri Zülfüqarlı Nərmin, 2-ci yerin sahibi İsmayılov Fərhad, modelyeri Məmmədli Aysel, və 3-cü yerin sahibəsi Mehdizadə Bəhruzə, modelyeri Zülfüqarlı Nərmin olub.
Şərhlər