İçəri Şəhər” filmi Hindistanda nümayiş olunub
29.11.2016 16:48 Artreaksiya 1888
İçəri Şəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayiş olunub.
C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival Qoada keçirilib.
Tədbirdə filmin ssenari həmmüəllifi və baş rolun ifaçısı Təhminə Rafaella iştirak edib.
Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
“İçəri Şəhər” filmi Misirin Qahirə Beynəlxalq Film Festivalında və Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayiş olunub. Film həmçinin Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına dəvət alıb. T. Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Anar Xəlilov və digərləri canlandırırlar.
Şərhlər