Bakıda muğam gecəsi keçirildi

30.11.2016 17:56     Artreaksiya     1913

“Muğamat var olan yerdə” adlı xalq musiqisindən ibarət konsert keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konsert proqramı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib. Filarmoniyanın foyesində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin incəsənət və musiqi məktəblərinin uşaqlarının hazırladığı rəsm əsərlərinin sərgisi təşkil olunub.

Qeyd edək ki, konsertdə Azərbaycan bəstəkarlarının əsərləri xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Konsertin iştirakçıları Muğam Televiziya Müsabiqəsinin Laureatı Təyyar Bayramov, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov və başqaları olublar. Konserti Muğam İnstrumental Ansamblı müşayiət edib

Şərhlər