Əbülfəs Qarayev UNESCO-nun baş direktoru ilə görüşüb

07.12.2016 12:54     Artreaksiya     1916

UNESCO-nun baş direktoru İrina Bokova Parisdə səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi qəbul edib.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-UNESCOəlaqələri barədə geniş fikir mübadiləsi aparılıb. Qəbulda mədəniyyət və irs sahələrində əməkdaşlığın dərinləşdirilməsi, prezident İlham Əliyevin Bakı Prosesi təşəbbüsü, növbəti ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə bu tədbir çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin yüksək səviyyəli görüşü, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək üçün layihələr ətrafında müzakirə aparılıb.

 

Əbülfəs Qarayev Azərbaycanın mədəniyyətini əks etdirən bir sıra kitab və materialları xanım baş direktora təqdim edib. 

Şərhlər