Musiqili Teatrda “Silva” operettasının premyerası keçiriləcək
09.01.2017 20:13 Artreaksiya 1472
Yanvarın 11-də Azərbaycan Dövlət Musiqili Teatrında İmre Kalmanın “Silva” operettasının premyerası keçiriləcək.
Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun apa-ya verdiyi məlumata görə, rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.
Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.
Əsərin süjet xəttini böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər.
Şərhlər