ƏSA Teatrı ilk tamaşasını növbəti dəfə təqdim edəcək
12.01.2017 12:18 Artreaksiya 1623
ƏSA Teatrı ilk tamaşasını növbəti dəfə təqdim edəcək.
Teatrından "Report"a verilən məlumata görə, yanvarın 22-də “DUMB Mərhələsinin Əsası” yenidən nümayiş olunacaq. Bu məqsədlə Xəzər Universiteti teatral zalını ƏSA Teatrının yenidən istifadəsinə verib.
Psixo-dram janrında qurulmuş tamaşa bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edir. Belə ki, bütün həyatını aldığı travmadan qurtulmağa həsr edən və yalnış istiqamətlənən qəhrəman bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür. Lakin o, bununla da kifayətlənmir.
Səhnə əsərində rolları Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edəcək.Tamaşanın müəllifi Fərid Kazakov, rəssamı Naz Ramizqızı, dizayn tərtibatçısı Naz Ramizqızı, musiqi tərtibatçısı Nicat Qulamdır.
Qeyd edək ki, ƏSA Teatrı əlil aktyorlardan ibarət müstəqil teatrdır.
Şərhlər