2017-də baxılası 10 film
14.01.2017 15:57 Artreaksiya 2315
Mən sənin zəncin deyiləm (I Am Not Your Negro)
Bu filmin ideyası James Baldwin-nin yarımçıq qalmış kitabından gəlir. Həmin kitabda 1960-cı illərdə sui-qəsdlə qətlə yetirilmiş qaradərili liderlərdən bəhs olunur.
Bu sənədli filmdə Raoul Peck, əslində 1987-ci ildə vəfat etmiş Baldwin-i 21-ci əsrə gətirir və təəssüf ki, ABŞ-da irqlər tarixindən bəhs edən bu lent bugünkü Amerikada bir növ vaxtına çəkir.
Filmdə Baldwin-in yazılarından və ictimai bəyanatlarından istifadə olunub (hərçənd seksuallıq məsələsinə toxunulmayıb).
Burdan qaç! (Get Out)
2017-ci il fevralın 24-də ekranlara çıxacaq bu qorxulu film Jordan Peele tərəfindən yazılıb və çəkilib.
Filmi Peeple-in özü "qorxulu kino" kimi təqdim etsə də, o əslində satiradır.
Süjet bundan ibarətdir ki, qaradərili gənc ağdərili sevgilisi qızın ailəsi ilə yaşadığı qəsəbəyə gəlir.
O burada bəzi adamlardan eşidir ki, bu qəsəbənin qaradərili insanları sirli şəkildə yoxa çıxırlar.
Bir afroamerikalı ona hətta xəbərdarlıq da edir: "Burdan qaç!" Amma məlum olur ki, buradan qaçmaq deyildiyi qədər də asan deyilmiş.
Şəxsi bazarlıqçı (Personal Shopper)
Bu film Amerika kinoaktrisası Kristen Stewart-ın yaradıcılığının yeni mərhələsi sayılır.
Fransız kinorejissoru Olivier Assayas həyəcanlı və lirik filmində söhbət ölmüş ekiz qardaşı ilə əlaqə yaratmaq istəyən bir məşhurun köməkçisindən gedir.
Bu filmin ən yaddaqalan xüsusiyyətlərindən biri də budur ki, burada arxa planda baş verən fövqəltəbii hadisələr adi bir şey kimi verilir.
Əlbəttə bu, başqa dünyaya çəkilmiş iki insan ruhu üçün o qədər də təəccüblü görünməməlidir.
Kristen Stewart Assayasın başqa bir filmində "Sils Maria-nın buludları"nda da çəkilib. Həmin filmdə də sirli mətləblər adi hadisələr kimi cərəyan edir.
Belə münasibət filmin qəhrəmanını oynayan aktrisanın işini asanlaşdırır. O qeyri-təbii situasiyalara nə qədər çox düşürsə, bir o qədər inandırıcı görünür.
Aldanmış (Beguiled)
Kinorejissor Sofia Coppola və Western janrını bir yerdə təsəvvür etmək çox çətindir, amma Don Siegel-in Clint Eastwood-un iştirakı ilə çəkdiyi kovboy filminin bu remeykinə baxmaq doğrudan da həyəcanvericidir.
Filmdəki hadisələr 19-cu əsrdə ABŞ-da Vətəndaş müharibəsi zamanı cərəyan etsə də, Şimal ordusunun yaralı əsgərinin (aktyor Colin Farrell) Cənubdakı qadın məktəbində gizlənməsi böyük həyəcan doğuran süjetdir.
Hər halda "ən kişi janrındakı" bu filmi qadın rejissor yaradıb!
Dunkirk
Rejissor Christopher Nolan-ın klassik kinoya belə sədaqəti bu sənətdəki texnologiyaların inkişafına etiraz aktı da sayıla bilər, amma indiki zəmanədə kompüter qrafikası olmadan çəkilmiş genişfortmatlı döyüş filminin ekranlara çıxmasını hadisə hesab etmək olar.
Əlbəttə, "Dunkirk"in "Sıravı Ryan-ın xilas edilməsi" (Saving Private Ryan) filmi ilə müqayisə ediləcəyi qaçılmazdır, amma bu filmdə söhbət müttəfiqlərin nasist Almaniyası üzərindəki qələbəsindən yox, 300 min əsgərin Fransa sahillərindən evakuasiya edilməsindən gedir.
Çoxdan deyirlər ki, "Sıravi Ryan" da daxil davalı antimüharibə filmi çəkmək mümkün deyil. Buna görə də ola bilsin ki, davadan yox, qeyri-döyüş əməliyyatından (təxliyədən) bəhs edən bu film bu dilemmanı həll etsin.
Qar adam (The Snowman)
Soyuq müharibə zəmanəsindən bəhs edən triller - "Casus, rədd ol!" (Tinker Tailor Soldier Spy) filminin ekranlara çıxmasından 5 il keçir. O filmi rejissor Tomas Alfredson's bilərkdən xoşagəlməz üslubda çəkmişdi.
Amma belə görünür ki, rejissorun Jo Nesbönün cinayət dramını ekranlaşdırmasını da gözləməliymişik.
Norveçdə ilk silsilə qatilin izi ilə gedən detektiv rolunda irland aktyor Michael Fassbender çəkilib.
Onun tərəf-müqabili isveçli Rebecca Ferguson-dur. Bu filmdə həm də fransız aktrisası Charlotte Gainsbourg, amerikalılar JK Simmons və Val Kilmer də çəkiliblər.
Bununla belə Alfredson-un doğma Skandinaviyaya ingilisdilli aktyor truppası ilə gəlişi gözlənilməz olub.
Amma görək o Hollywood miqyaslı büdcəsi ilə özünün soyuq vətənində nə xarüqələr yaradıb?
Uşaq sürücü (Baby Driver)
Bizə Edgar Wright-ın "Qarışqa adam" (Ant-Man) trillerini görmək qismət olmasa da, onun həmin film üçün bəzi hazırlıqlarını rejissorun, Amerika aktyoru Ansel Elgort-un mahnısının sədaları altında cinayət yerindən qaçan lal sürücü haqqında yeni filmində bəlkə də görə bildik.
Əksər filmlərində ssenarist Simon Pegg-lə işləyən Wright ilk dəfədir ki, ssenarini müstəqil yazıb.
Beləliklə o həm də "kino fabriki" olan Marveldən müstəqillik qazanıb.
Elə superqəhrəman aktyorları da onun özü seçib. Bu filmdə Amerikanın Jamie Foxx, Jon Hamm və Kevin Spacey kimi ulduzları çəkiliblər.
Thor: Raqnarök (Thor: Ragnarok)
Marvel studiyasından müəllif yenilikləri gözləmək düzgün deyil.
Rejissor Taika Waititi-nin bu filmində söhbət Thor və Halk arasındakı kişi dostluğundan gedir.
Yeni Zelandiya rejissoru Waititi "Biz kölgəlikdə nə edirik" (What We Do in the Shadows) və "Vəhşi adamların ovu" (Hunt for the Wilderpeople) kimi komediyalarla tanınır.
Amma tamaşaçılar çətin ki, bu film boyunca qəhqəhə çəkə bilsinlər. Raqnarök qədim Skandinaviya mifologiyasında "axirət" deməkdir.
Ulduz müharibələri: Epizod VIII (Star Wars: Episode VIII)
"İlgəkçi" (Looper) və "Kərpic" (Brick) kinofilmlərini çəkmiş Rian Johnson-un "Ulduz müharibələri" filminin çəkilişinə rejissor kimi dəvət edilməsi bu epopeyadan olan bütün filmlərin tarixində ən gözlənilməz seçim sayılır.
"Ulduz müharibələri" filminin səkkizinci epizoduna hələ ki, ad qoyulmayıb. Lakin bu filmin də Johnson-un "Bloom qardaşları" (Brothers Bloom) qədər uğurlu olacağına inanmaq çətindir.
Amma hər halda bu rejissorun baxımlığı bir qədər azalmış seriala yeni nəfəs gətirəcəyi şəksizdir.
Kiçilmə (Downsizing)
2017-ci ilin 22 dekabrında ekranlara çıxacaq bu film elmi-fantastik komediya janrındadır.
Alexander Payne-in bu filmi bir dəstə könüllüyə qoşulub bədən ölçülərini kiçiltməyə gələn amerikalıdan bəhs edir.
Payne illərdir ki, komediya filmi sahəsində tanınsa da, onun elmi-fantastikadakı hünəri hələlik məlum deyil.
Lakin elmi-fantastika məsələsində ona "Yura dövrü parkı III" (Jurassic Park III) filminin ssenaristi Jim Taylor kömək edib.
Şərhlər