Beynəlxalq Muğam Mərkəzində “Sirlər xəzinəsi” layihəsinin növbəti tədbiri keçirilib
04.02.2017 13:40 Artreaksiya 1540
Beynəlxalq Muğam Mərkəzində “Sirlər xəzinəsi” ədəbi-bədii layihəsi çərçivəsində Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş növbəti tədbir keçirilib.
Mərkəzdən verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutub.
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov isə bildirib ki, klassik irsi yaşatmaq baxımından layihə öz əhəmiyyəti ilə təqdirəlayiqdir. O, Natəvan obrazının ədəbiyyatda, incəsənətdə, heykəltəraşlıqda, mədəniyyətin müxtəlif sahələrində əks olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri Ənvər Əhməd və başqaları Natəvanın Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, klassiklərin yaradıcılığının yaşadılması və gənc nəslə çatdırılması baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirib.
Gecədə şairin qəzəlləri və muğamlar səsləndirilib.
Reaksiya. az
Şərhlər