Nizami Kino Mərkəzində “Kağız qəbir” filminin təqdimatı keçirilib

18.02.2017 11:07     Artreaksiya     1955

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmiş “Kağız qəbir” adlı filmin təqdimatı keçirilib. 

 

APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri Xəyal Rza çıxış edərək Azərbaycan xalqının başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu diqqətə çatdırıblar.

 

Qeyd olunub ki, bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə də ictimaiyyətə təqdim olunacaq.

 

Ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmin baş rollarını aktyorlar Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb. 

 

 

Reaksiya.az

Şərhlər