Hyustonun qızı da öldü
27.07.2015 10:29 Artreaksiya 1379
ABŞ-ın məşhur müğənnisi Whitney Hyustonun qızı Kristina Braun həyatını itirib.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “f5haber” saytı yayıb.
Məlumata görə, Whitney Hyuston və R&B sənətçisi Bobbi Braunun qızları Bobbi Kristina Braun dünyasını dəyişib.
22 yaşlı Kristina Braun 31 yanvarda Atlantadakı evində vannanın içində huşunu itirmiş halda tapılıb xəstəxanaya qaldırılmışdı. Anası və atası kimi müğənni olan Braunun beynində qısa müddət zədə əmələ gəldiyi qeyd edilmişdi.
Kristinanın anası 6 “Qremmi” mükafatlı Whithey Hyuston da 11 fevral 2012-ci ildə “Beverly Hill”də qaldığı otel otağının vannasında ölü tapılmışdı. Narkotik qəbul etdikdən sonra Hyuston üzü üstə düşərək təsadüfən boğulmuşdu.
Hyuston bütün sərvətini qızı Kristina Brauna vermişdi.
Bobbi Kristina "The Bodyguard" filmindəki "I Will Always Love You" (Səni həmişə sevəcəyəm) mahnısı ilə milyonlarla insanın könlünə yol tapmışdı.
Şərhlər