Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış edəcək

29.03.2017 12:53     Artreaksiya     1576

Azərbaycanlı pianoçu İsfar Sarabski 4-20 iyul tarixlərində İstanbulda  keçiriləcək XXIV beynəlxalq caz festivalında çıxış edəcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə beynəlxalq caz festivallarının təşkilatçısı olan İstanbul Kültür və Sənət Vəqfi tərəfindən  keçirilən mətbuat konfransında verilib. Mətbuat konfransında çıxış edən İKSV başqanı Bülənt Əczacıbaşı müasir sənəti beynəlxalq  miqyaslı tədbirlərlə dəstəkləməyə davam edəcəklərini vurğulayıb. Festivalın proqramı ilə bağlı məlumat verilərkən azərbaycanlı pianoçu İsfar Sarabskinin iyulun 20-də saat 20.30-da Sabancı universitetinin Sakıp Sabancı adına muzeyində konsert verəcəyi bildirilib. Konsertdə solo ifaçı Sarabskini bəzi türk musiqiçiləri müşayiət edəcəklər.

 

Qeyd edək ki, İstanbul Kültür və Sənət Vəqfi 1973-də ildə iş adamı Nejat Əczacıbaşının başqanlığında 17 iş adamının iştirakı ilə qurulub. Daha sonra Faruk Əczacıbaşının başqanlıq etdiyi vəqfin  hazırkı başqanı Nejat bəyin oğlu, Əczacıbaşı Holdinqin idarə heyətinin sədri Bülənt Əczacıbaşıdır. Vəqf caz festivalından başqa hər il ənənəvi olaraq beynəlxalq film və musiqi festivallarını  keçirir. Vəqfin nəzdində İstanbul modern sənət qalereyası da fəaliyyət göstərir.

Reaksiya.az

Şərhlər