Şimali Osetiya teatrı Bakıda qastrol səfərində olub
10.04.2017 15:43 Artreaksiya 1624
Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası, Alaniya) ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan qastrol aprel ayının 7-dən 9-dək davam edib.
Üç gün ərzində Şimali Osetiya teatrı tamaşaçılara “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.
Qastrol tamaşasında rolları Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev ifa ediblər.
Mübariz Həmidov uğurlu qastrol tamaşasına görə qonaq teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu ilə təltif edib.
Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Amzor Barakov çıxış edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və bütün tamaşaçılara isti münasibətə görə öz minnətdarlığını bildirib.
Şərhlər