Venesuelada etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb

22.04.2017 11:10     Artreaksiya     1770

Venesuelanın Karakas şəhərində etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.

Bu barədə Venesuelanın baş prokurorluğu məlumat yayıb.

Xəbərdə deyilir ki, daha 7 nəfər xəsarət alıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları məhkəmənin üzvlərinin istefası tələbi ilə küçələrə çıxıb.

Reaksiya.az

Şərhlər