Rusiya film sektoruna 300 milyon avro ayırıb
28.07.2015 13:57 Artreaksiya 3229
Rusiyanın ən böyük film studiyası və filmlərinin evi sayılan "Mosfilm" 1990-cı illərdəki süqut dövründən sonra keçmiş əzəmətli günlərinə qayıtmağı hədəflləyərək 300 milyon avro investisiya zəmanət alıb. Dövlət bu ayın əvvəli özəl sektor investisiyası olan və Rusiyanın mədəni fəaliyyətlərini artırmağı, Hollivud filmlərinə alternativ bir variant təqdim etməyi planlaşdıran yatırımı təsdiq etdiyini bildirib. İnvestisiyanın iki film studiyası, bir kostyum anbarı, bir kino və konsert salonundan ibarət olduğu qeyd olunub. Vladimir Putinin idarə etdiyi maliyyə qurumunun müavini olan Kirill Androsovun etdiyi yatırımın 2018-ci ilə qədər başa çatdırılması gözlənilir.
Rusiya dövlətinin film sənayesinə marağı son illərdə artıb. 2014-cü ildə Mədəniyyət Nazirliyi ölkədə göstəriləcək xarici film sayına məhdudiyyət qoydu. Nazirlik mart ayında da filmlərdə dəstəklədiyi mövzuların siyahısını dərc etdi. Bu siyahı ailə dəyərləri, hərbi görkəmi və Krım ilə Ukraynanın, Rusiyanın min illik tarixindəki yerini ehtiva edir.
All Media Company adlı tikinti şirkətinin rəhbəri olan Georgy Shabanov "Bu yatırım hazırda çətin vəziyyətdə olan bütün sektora təsir edəcək" - deyib. Yeni kino salonunda yalnız rus rejissorlar tərəfindən çəkilən filmlər ekrana girəcək.
Bəzi insanlar isə pulun boşuna xərcləndiyini müdafiə edir. Quruluş şirkətlərinin dəyərinin artıq fiziki böyüklüklə də insanlarla və fikirlərlə ölçüldüyünü deyən Sankt-Peterburqdakı Nevafilmin rəhbəri Oleq Berezin "Pul ilk növbədə təhsilə xərclənməlidir, yeni film studiyalarına deyil" dedi.
Mosfilm haqqında.
Mosfilm iki film studiyasının birləşməsi ilə 1920-ci ildə yaradılıb. Film studiyası quruluşunu üzərinə götürdüyü Oskar mükafatlı Sovet klassikləri olan “Moscow Doesn’t Believe in Tears" və "War and Peace" filmləriylə məşhurdur. Bütün Sovet studiyaları kimi dövlət tərəfindən maliyyələşdirilir. İldə 80 film çəkdiyi halda 1991-ci ildə Sovet rejiminin süquta uğradığı zaman 1 - 2 film çəkməyə başladı.
Şərhlər