“Eurovision-2017”nin finalçıları məlum olub
12.05.2017 07:51 Artreaksiya 1646
Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
İkinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda mübarizə aparıb.
Çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə əsasən, finala 10 ölkə - Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya vəsiqə qazanıb.
Bununla da mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.
Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.
Şərhlər