“Odlar ölkəsi” devizi ilə gənc estrada ifaçılarının konserti keçiriləcək

01.06.2017 21:53     Artreaksiya     1980

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçiriləcək 

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 7-də keçiriləcək konsert “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə baş tutacaq.

Konsert proqramında Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərləri çıxış edəcək. Konsert boyu gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək.

Reaksiya.az

Şərhlər