Bakıda ilk dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
15.06.2017 16:01 Artreaksiya 1834
Bakı şəhərində ilk dəfə “DocuBaku” adlı Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən apa-ya verilən məlumata görə, festivalın oktyabrın 12-19-da keçirilməsi nəzərdə tutulur.
Festivalda Aİ ölkələri, qeyri-Aİ ölkələri və Azərbaycan rejissorlarına məxsus 20 sənədli film nümayiş olunacaq. Tədbir çərçivəsində avropalı rejissorlarla görüşlər keçiriləcək, müxtəlif seminarlar təşkil olunacaq.
Şərhlər