Afrikalı Leonu canlandıracaq
29.07.2015 18:19 Artreaksiya 3093
Ölkəmizdə də geniş bir oxucu kütləsi olan livan əslli fransız yazıçı Amin Maaloufun "Afrikalı Leo" adlı romanı ekranlaşdırılır.
Reaksiya.az saytı xarici kino saytlarına istinadən xəbər verir ki, filmdə baş rolu Mərakeş əsilli fransız aktyor Camal Debbouz oynayacaq. XVI əsr səyyahlarından Həsən Əl-Vəzzan ya da bilinən adı ilə Afrikalı Leonun qeydlərindən ibarət kitab, Maalouifun ilk romanıdır. 1986-cı ildə çap olunan roman Ə-Vəzzanın uşaqlığından etibarən Mərakeşdən başlayaraq Şimali Afrika, Ərəbistan yarımadası və Osmanlı coğrafiyasına etdiyi səyahətləri əhatə edir. Uzun zamandır kitaba heyran olduğunu ifadə edən Dəbbouz kitaba görə hətta oğlunun da adını Leo qoyub. "Deadline" xəbər saytına açıqlama verən filmin ortaq prodüserlərindən Ron Senkovki bildirib ki, Afrikalı Leo, Forrest Gump kimidir, amma hadisələr XVI əsrdə baş verir" -sözləri ilə romanın kinosu uyğunlaşdırmasının necə olacağı haqqında bir fikir verir.
Şərhlər