Məşhur müğənni ikinci dəfə ata olub

29.07.2015 18:34     Artreaksiya     2612

2010-ci ildə CHP millət vəkili Mehmet Sevigenin qızı Selen Sevigen ilə evlənən Gökhan Özen ikinci dəfə ata olub.

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün balaca qızları dünən axşam dünyaya gəlib.

Gökhan Özen müjdəli xəbəri Twitterdə yazıb. Səhifəsində xəstəxana otağında çəkilən fotoşəkilləri paylaşan Özen, altına "Çox gözəl bir gün demişdim... Allaha şükürlər olsun" – cümlələrini yazıb.

Gökhan Özenin yaxın dostu Demet Akalın da birlikdə yer aldıqları fotoşəkili "2 – ci dəfə qız atası olub Gökhan baba... Yaxşı ki, doğulmusan kiçik qız, atana qalsa bir ay ad tapa bilməz sənə... Allah atalı - analı böyütsün Selenim" mesajını paylaşıb.

Şərhlər

Çox oxunanlar