Serdar Ortaç artıq kədərli mahnılar oxumayacaq - VİDEO
29.07.2015 18:46 Artreaksiya 5341
Muğlanın Bodrum turistik məkanında səhnəyə çıxan Serdar Ortaç 40 yaşından sonra eşqi daddığını və bundan sonra kədərli mahnılar yazmayacağını söyləyib.
Gümbəz barlar küçəsində yerləşən Pasha adlı məkanda səhnəyə çıxan Türk pop musiqinin ciddi səslərindən Serdar Ortaç pərəstişkarlarına unudulmaz bir gecə yaşadıb. Reaksiya.az xəbər verir ki, hər kəsi coşduran və yeni albomunda olan mahnılarını səsləndirən Ortaç təxminən 2 saat səhnədə qalıb. Ortaç yoldaşına yazdığı “Balım” adlı mahnısı ilə məkanı dolduran insanları heyran qoyub. 10 il əvvəl eşq dolu mahnılar yazdığını, eşqi axtaran mahnıların arxasınca qaçdığını söyləyən məşhur müğənni, bundan sonra pessimist mahnılar yazmayacağını bildirib.
Şərhlər