İlham Əsədov “Belarusfilm”dən dəvət alıb.
23.07.2017 11:26 Artreaksiya 2200
 
        Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov “Belarusfilm”dən dəvət alıb. Teatrdan
	 Teatrdan Reaksiya.az-a bildirilib ki, aktyor kriminal janrda ekranlaşdırılacaq filmdə həbsxana nəzarətçisi obrazını canlandıracaq. İlham Əsədov yaradıcı heyətlə bağladığı müqaviləyə əsasən film haqqında ətraflı məlumat verməsə də, diqqətə çatdırıb ki, bu il avqustun 5-dən çəkilişləri başlanacaq ekran əsərinin 2018-ci ilin mayında nümayiş etdirilməsi planlaşdırılır.
	Qeyd edək ki, aktyor iki il bundan əvvəl filmlə bağlı elan olunmuş kastinq nəticəsində yaradıcı heyət tərəfindən bəyənilib.
	İlham Əsədov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 2003-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2016-cı ildə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
	Ülviyyə Ədalətqızı
                
        
                
    
 
                                             
                                             
                                             
                                             
                                             
                                            









Şərhlər