Yetim Eyvazın oğlu: - “Biz ayrı yaşayırdıq”

23.07.2017 17:08     Artreaksiya     4652

Aqşin: "Başqa işlərim var, hüzürə bir-iki günə gedəcəyəm"

Xəbər verdiyimiz ki, Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib.

Reaksiya.az Yetim Eyvazın oğlu gənc müğənni Aqşinlə əlaqə saxlayıb o, atasının vəfat etdiyini təsdiq edib. Əlavə olaraq, bildirib ki, onlar 1996 – cı ildən ayrı yaşayırdılar. Atasının ölüm xəbərini də  qohumlardan eşidib. Aqşinin indi harda olduğu sualımıza: “Mən Bakıdayam, bir az işlərim var, yəqin, bir – iki günə hüzürə gedəcəyəm” – deyib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar