Nuri Bilge Ceylan Venesiyaya gedir

30.07.2015 07:43     Artreaksiya     3434

 

 

O, “Qızıl Aslan”ın laureatını müəyyən edəcək

 

 

 Avropanın ən əhəmiyyətli və köklü film festivallarından olan Venesiya film festivalı, bu il “Qızıl Aslan” mükafatını müəyyən edəcək münsifləri açıqlayıb.

Reaksiya.az xəbər verir ki, münsifə rəhbərliyi “Gravity” filmi ilə məşhurlaşan meksikalı rejissor Alfonso Cuaron boynuna götürəcək. Münsifdə “Qızıl Palma” mükafatı laureatı, türkiyəli rejissor Nuri Bilge Ceylan da var.

2 - 12 sentyabr tarixlərində 72- ci dəfə baş tutacaq festivalın digər münsif üzvləri fransız yazar və rejissor Emmanuel Carrere, polşalı rejissor Pawel Pawlikowski, italyan rejissor Francesco Munzi, tayvanlı usta kino tənqidçisi Hou Hsiao-Hsien, alman aktrisa Diane Kruger, britanyalı rejissor Lynne Ramsay və ABŞ aktrisası Elizabeth Banks olacaqlar.

Festivalda yarışacaq filmlər sabahkı mətbuat konfransında açıqlanacaq.

Şərhlər

Çox oxunanlar