“Ədəbsiz Nənə” filminin ulduzlu nümayişi keçirilib. - FOTOLAR

03.08.2017 19:34     Artreaksiya     2028

 “CinemaPlus Amburan Mall” premium kinoteatrında “Ədəbsiz Nənə” filminin ulduzlu nümayişi keçirilib.

Tədbirin əsas qonaqları arasında filmin rejissoru Maryus Vaysberq, produser, aktyor və müğənni Aleksandr Revva, müğənni Qlukoza və “Jara” festivalının qonaqları Oleq Qazmanov, Svetlana Loboda, Natalya Bardo, Nastya Kudri, Olqa Buzova, Yuliya Baranovskaya, MBAND qruppu, Yekaterina Odintsova, Till Lindermann (Rammstein qruppu), Bella Potemkina, Aritik (Artem Umrixin), Artyom Sorokin, Sergey və Ekaterina Kojevnikovlar.

Premyera yerli və Rusiya media nümayəndələrinin kameralarının qarşısından qırmızı xalça üzərindən ulduzların keçməsi ilə başladı.

Nümayişdən öncə Aleksandr Revva qonaqları salamlayaraq, film çəkilişləri barədə danışıb, rejissor Maryus Vaysberq və baş qəhrəman Natalya İonovanı (Qlukoza) tamaşaçılara təqdim etdi. Qeyd edək ki, bu Natalyanın aktrisa obrazında debyutu idi.

Filmin nümayişindən sonra ulduzlar və işçi heyəti ilə diskoteka təşkil olunmuşdur.

Tədbirin təşkilində dəstək olmuşdurlar:  Cinema Distribution, Maya meksikan restoranı, Hillside-dan premium çaxırlar, Red Bull və TNT kuryer xidməti.

Qısaca film haqqında: “Transformer” ləqəbi olan bənzətmə üzrə ekspert Sanya indiyənədək çoxlu afyoralar həyata keçirib. Yalnız bu dəfə o başqa adamlara rast gəlib. İndi onun arxasında pistoletli pis insanlardı. Sanya bu dəfə yaşlı qadın obrazında gizli həyat sürməyə başlayır. Yalnız bu dəfə çıxılmaz vəziyyətə düşdükdə, qismət ona sevmək və yenidən düzgün adam olmasına imkan yaradır.

Rollarda: Aleksandr Revva, Natalya İonova (Qlukoza), Filip Kirkorov, Yelena Valyushkina və başqaları.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

Ülviyyə Ədalətqızı

Reaksiya.az

Şərhlər

Çox oxunanlar