Gürcüstanda gənc soydaşlarımız film çəkdilər
14.08.2017 18:08 Artreaksiya 3209
Reaksiya.az xəbər verir ki, tezliklə Gürcüstanda və Azərbaycanda təqdimatı baş tutacaq ”Sənət Şəhidləri” adlı filmin çəkilişləri başa çatıb. Film Gürcüstandakı soydaşlarımızın peşəkar olaraq çəkdiyi ilk bədii filmdir. Dram və qorxu janrında olan filmin quruluşçu rejissoru və ssenari müəllifi Anar Rafiqoğlu, prodüseri isə Vüqar Əliyevdir. Azərbaycan dilində çəkilmiş filmin beynəlxalq festivallarda yer alması nəzərdə tutulur. Filmdə Elvir Həsənoğlu, Rabil İsmayılov, Məndər Sərdarov, Leyli Hüseynova, Leyla Əkbərova, Ravil Məmmədov, Fazil Bayramov, Şükür Əliyev, Otar Şərifov kimi gənclərimizlə yanaşı, “Ezel”, “Karadayı” kimi məhşur seriallarda çəkilmiş qocaman gürcü sənətkarı Varlam Nikoladze də rol alıb.
Şərhlər