Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib
21.09.2017 17:17 Artreaksiya 1842
Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib.
Reaksiya.az-ın məlumatına görə, gecədə UNESCO- nun sülh artisti, beynəlxalq müsabiqələr laureatı Gürcüstanın “The medal of Georgian Government” (Gürcüstan Dövlət Medalı) medalına layiq görülmüş Eliso Bolkvadze çıxış edib. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirərək 2015 – ci ildə UNESCO-nun “Sülh artisti” adına layiq görülmüşdür. Sosial aktiv faəliyyətlərlə məşğul olan pianoçu, Gürcüstan Mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunan Batumi Ümummilli festifalının təsisçisidir.
Eliso Bolkvadze tamaşaçılar üçün L.V. Bethoven- 3 saylı sonata, F.Şopen-Parlaq palanez, F.Şubert- Ekspromt, K.Debüssi-“The joyful İsland”, S.Prokofyev –fortepiano üçün 2 saylı sonata əsərlərini səsləndirib.
Onun ifası musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, festifal çərçivəsində 21 sentyabrda Mədəniyyət kanalı ilə birgə “sevgili canan” adlı layihə, 23 sentyabrda Eldəniz Ələkbərzadənin (piano) ifasında fortepiano musiqi gecəsi keçiriləcək.
Biletləri şəhərin kassalarından, ASAN Xidmət mərkəzlərindən və iticket. Az saytından əldə etmək olar.
Reaksiya.az
Şərhlər