On dörd günə 100 milyon dollar qazandılar - FOTOLAR

30.07.2015 22:34     Artreaksiya     2126

The Rolling Stones 14 gündə 100 milyon dollar qazanıb.

Bütün zamanların ən məşhur rok qrupları arasında yer alan The Rolling Stones son Amerika qastrolundan 100 milyon dollar gəlir əldə edib. Qrupun 2012-ci il gəliri 360 milyon dollar olub.

1962-ci ildə İngiltərədə yaradılan rok musiqi qrupu Rolling Stones son Amerika turunda  bütövlükdə 14 gün konsertə verərək 100 milyon dollar qazanıb. Dünya miqyasında 200 milyondan çox albom satan qrupun Zip Tur adlı konsert turnesi may ayında San Dieqo şəhərində başlayıb 11 İyunda Buffaloda bitib.

Şərhlər

Çox oxunanlar