Kıvanç Tatlıtuğ ayrılır?

30.07.2015 23:09     Artreaksiya     3083

 

Milyonların sevimlisi aktyor Kıvanç Tatlıtuğun illərdir çalışdığı “Ay Yapım” şirkətindən ayrıldığı barədə xəbərlər yayılıb.

Şirkət tərəfindən xəbərlərə aydınlıq gətirilib:  "Son günlərdə dəyərli aktyorlarımız və şirkətimiz barədə mətbuatda yer alan yalan  xəbərlərə görə bu açıqlama verməyi lazım bildik. Hörmətli Tatlıtuğ ilə müqaviləmiz hazırda davam edir. Onunla həyata keçirilən layihələr şirkətimiz üçün hər zaman çox əhəmiyyətlidir. Bu gün etibarilə növbəti layihənin məzmunu və zamanı hələ ki aydınlaşmayıbl. Bu səbəbdən sözügedən layihədə yer alacaq baş rol oyunçuları ilə bağlı yazılanlar yalnız fərziyyələrdir.Ay yapım olaraq bütün önəmli aktyorlarımızın barədə yayılan yalan məlumatlardan həm dəyərli aktyorlarımız, həm də şirkətimiz son dərəcə narahatlıq duyur".

Şərhlər