Türkiyə və azərbaycanlı aktyorların müştərək filmi gündəmə damğa vuracaq
02.10.2017 14:06 Artreaksiya 1535
Film 10 noyabrda, iki ölkədə eyni anda nümayiş olunacaq
Türkiyə və Azərbaycandan olan məşhur aktyorların iştirakı ilə "Yanlış anlaşılmalar" komik filminin çəkilişləri artıq sona çatmaq üzrədir. Sevgililər arasındakı anlaşılmazlıqlardan bəhs edən film 10 noyabrda, iki ölkədə eyni anda nümayiş olunacaq.
2017-ci ilin ən iddialı komediyasına namizəd olan filmdə, Türkiyədən İlker Ayrık, Hakan Bilgin, Bahadır Efe, Duyqu Karaca, Şevket Çoruh, Pelin Sönmez, Azərbaycandan isə Pərvin Abıyeva, İslam Mehrəliyev və Fərda Amin iştirak edir. Filmin rejissoru Levent Cengizhandır.
Şərhlər