Rəssam festivaldan döndü - FOTOLAR
31.07.2015 23:21 Artreaksiya 3479
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilşisi və Azəbaycan Rəsim Komitəsinin rəhbəri rəssam Nəvai Metin bu günlərdə Türkiyədən uzunmüddətli səfərdən qayıdıb. Səfərin mahiyyətini öyrənmək üçün rəssamla əlaqə saxladıq. O səfərlə bağlı geniş məlumat verdi və təsuratlarını bizimlə bölüşdü:
“Bu səfərimin əhatə dairəsi biraz geniş oldu. Belə ki , iyul ayının 15-də Ərzurumda təşkil olunmuş festivala dəvət aldım. “Köyə dönüş” adlanan bu festival kənddə doğulub böyümüş və dünyanın müxtəlif yerlərinə səpələnmiş kənd sakinlərini bir araya gətirmək məqsədilə təşkil edilmişdi. Tədbir dünyada tanınmış saç ustası Harun Cicinin təşkilatçılığı ilə baş tutdu. Harun bəylə artıq bir neçə tədbirlərdə bərabər iştirakımız olub. Məni də bir rəssam kimi dəvət etmişdi ki, kənd sakinlərinin portretlərini çəkim. Belə də oldu. Bir neçə portret çəkdim . Onu deyim ki, çoox maraqla qarşılandı. Kənd Ərzurumdan 80 km aralıda, dağların arasında yerləşir. Yolları, şəraiti yaxşı olmasa da orda dözüb yaşayanlar var. Kənd sakinləri çox sevinirdilər. Bu tədbir bitdikdən sonra FEMİN-ART SANATÇILAR BİRLİYİNİN dəvətiylə Trabzona yollandım. Femin ART qadınlar dərnəyidir. Amma bu dəfə tədbirdə həm də bəylər iştirak edirdi. Məni isə tədbirin fəxri qonağı kimi dəvət etmişdilər. Birliyin rəhbəri Şükran Yanğın Üstlə də bir çox tədbirlərdə birlikdə iştirak etmişdik. Mənim portret çalışmalarıma marağı nəzərə alib hətta proqrama da salmışdı. Məsələn, hər gün hansı şəhərə getsək mən hər kəsin gözü önündə portret çəkirdim. Rəsmini çəkəcəyim insanları yerli adamlar arasından seçirdim. Bu da marağa səbəb olurdu. Bu festivalın Trabzonda başlaması Rizədə davam etməsi, sonra hətta sərhəddi keçib Gürcüstanda davam etməsi festival iştirakçıları üçün də maraqlı idi. Festival Tiflisdə bitdi. Oradan hərkəs öz ölkəsinə getdi. Portretləri adətən meydanda çəkirdim. Hər çəkilən portretdə adamlar məni əhatəsinə alır, sual verir, təcüblənirlər, sevinir, maraqla izləyirdilər. Festivalda 15-ə qədər ölkədən sənətçilər vardı. Bu da çox maraqlı idi. Yəni hər bir ölkənin öz mədəniyəti var. Hər sənətçi öz mədəniyətini nümayiş etdirirdi. Azərbaycandan 4 sənətçi iştirak edirdik. 3 xanım və mən. Bizim rəssamlar da bizim mədəniyətimizi yetərincə layiqli nümayiş etdirdik. Bizim respublikanı festivalda Rəssamlıq Akademiyasının müəllimləri Sevinc Ələsgərova, Tahirə Əliyeva və UASB-nin üzvü Naqiyə Rzayeva təmsil edirdilər. Onu da deyim ki, Naqiyə xanımın ipək üzərində çalışdığı əsər Rizə valisinin həyat yoldaşına hədiyyə olundu. Naqiyə xanım həmçinin, Femin ART Dərnəyinin Azərbaycan üzrə təmsilçisi seçildi. Belə fikir irəli sürüldü ki, Azərbaycanda da bu kimi tədbir keçirilsin. Təbi ki , heç bir sərhəd tanımıyan sənət dünyanın hər yerində öndə olmalıdır. Ona görə də tədbirin keçirilməsi üçün UASB təmsilçisi olaraq mən də öz köməyimi əsirgəməyəcəyəm. Azərbaycanda fəaliyət göstərən birliklərin və rəssamların da bu axına qoşulmasını istəyirəm. Çünki bu qədər pisliklərin, savaşların fonunda sənəti ayaqda saxlamağın yeganə yolu budur. Dünyanı gözəllik və bu gözəlliyin daşıyıcıları olan sənət adamları xilas edəcək.
Şərhlər