Ötən ilin ən yaxşı 50 mahnısının adı açıqlanıb

04.01.2018 15:02     Artreaksiya     1967

“Rolling Stone” jurnalı ötən ilin ən yaxşı 50 mahnısının siyahısını tərtib edib.

Reaksiya.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, jurnalın versiyasına görə, ən yaxşı mahnı britaniyalı Harri Staylsın “Sign of the Times"dır.

Siyahıda ikinci yeri yeni zelandiyalı müğənni Lordun “Homemade Dynamite”, üçüncü yeri isə repçi Kenrik Lamarın “Humble” mahnısı tutub.

İlk beşliyə Kadri Binin “Bodak Yellow” və “U2” qrupunun “Lights of Home” mahnısı da düşə bilib.

Sonrakı yerlərdə isə Luis Fonsi və Deddi Yankinin “Despacito”su, “Bad and Boujee” (“Migos” qrupu və Lil Uzi Vert), “Feel It Still” (“Portugal. The Man” rok qrupu), “Lust for Life” (Lana Del Rey və “The Weeknd”) qərarlaşıb.

Reaksiya.az

Şərhlər