Gənc Tamaşaçılar Teatrında yanvar ayında keçiriləcək premyeralar açıqlanıb
04.01.2018 22:18 Artreaksiya 1800
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2018-ci ilin ilk ayında bir-birindən maraqlı, mövzu və məzmunca fərqli, dərin, psixoloji məqamlarla dolu tamaşalar təqdim edəcək.
Reaksiya.az xəbər verir ki, Teatrda yanvarın 9-u əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunacaq. Şair-dramaturq Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.
Yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisin “İstədiyim kimi yaşamışam” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşcu rejissoru xalq artisti Ağakişi Kazımovdur.
Teatrın səhnəsində ilk dəfə oynanılan tamaşalardan biri də Rövşən Ağayev və Asiman Ağa Rövşənin quruluşunda “Sonluğun sonu” mono-tamaşasıdır. Tamaşa aktrisa Küşvər Şərifovanın ifasında yanvarın 16-da nümayiş olunacaq. Səhnə əsərində tənha, qoca qadının həyatı boyu keçirdiyi sarsıntılar, nəhayət, bir ananın böyük sevgi etirafları olduğca maraqlı ştrıxlərlə canlandırılıb.
Yanvarın 11-də əməkdar artist Şövqi Hüseynovun ifasında N.V.Qoqoqlun “Dəlinin qeydləri” əsərinin rejissoru xalq artisti Cənnət Səlimovadır.
Yanvarın 12-də isə rejissor Mehriban Ələkbərzadənin quruluşunda və əməkdar artist Kəmalə Müzəffərin ifasında T.Vəliyevanın “Cəza” tamaşası nümayiş olunacaq.
Yanvarın 17-də əməkdar artist Nofəl Vəliyevin ifasında F.Dostayevskinin “İdiot” tamaşası ilə baş tutacaq premyeralar sevilən aktyorları öz tamaşaçıları ilə görüşdürəcək.
Premyeralar axşam saat 19:00-da Teatrın “Kiçik səhnə”sində nümayiş olunacaq.
Şərhlər