“Çölçü” filmi daha bir beynəlxalq mükafata layiq görülüb
15.01.2018 11:33 Artreaksiya 1673
Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Cult critic movie awards” bu ilin yanvar mövsümünün “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
Filmin rejissorunun verdiyi məlumata görə, mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq mükafatlara layiq görülüb. “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atasının vəfatından sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...
Şərhlər