Ramiz Quliyev Ərdəbildə konsert verib

17.01.2018 14:43     Artreaksiya     1738

 

Xalq artisti, tarzən Ramiz Quliyev Ərdəbildə solo konsert proqramı ilə çıxış edib.
 
Gecədə tarzəni tanınmış pianoçu Eta Etminan və zərb ifaçısı Əmir Əli Nəbi müşayiət edib.
 
Professor Ramiz Quliyevin ifasında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, C.Cahangirov, T.Quliyev, Q.Hüseynli, H.Rzayevin, eyni zamanda müasir bəstəkarların əsərlərindən nümunələr təqdim olunub.
 
Proqramda Azərbaycan muğamları, xalq mahnıları və Qərb bəstəkarları F.Şubert və Y.Bramsın əsərləri də yer alıb.
 
Konsertdə Ərdəbil şəhərinin meri, bələdiyyə rəhbərliyi, tanınmış sənət xadimləri, rəssam və yazıçıları iştirak ediblər.
 
Səfər çərçivəsində tarzən və konsertin təşkilatçıları "Şeyx Səfi” türbəsini, görkəmli yazıçı Mircəlal Paşayevin doğulduğu Əndəbil kəndini də ziyarət ediblər.

 

Reaksiya.az

 

Şərhlər