"Maqlar" işıq üzü görüb

04.06.2015 17:37     Artreaksiya     1678

XAN” nəşriyyatında Xanəmir Telmanoğlunun “MAQlar” kitabı çapdan çıxıb.

Kitabın annotasiyasında deyilir: “Azərbaycanda ilk dəfə ezoterik prozanın bədii incəliklərini özündə əks elətdirən gerçək bir nəsr  nümunəsiylə üz-üzəsiniz. Yazar bu əsərində insan, cəmiyyət, tarix, mədəniyyət üçgənində bəşəriyyətin kosmik tələbatının planetdə təzahürünü qəribə çalarlarla mətnləşdirib. Azərbaycanda gedən proseslərin metafizik boyutlarını açıb. Əsərin əsas bədii məziyyətlərindən biri də odur ki, böyük Nizami Gəncəvinin “Xəmsə” sistemindən istifadə olunaraq araya-ərsəyə gətirilmişdir. Bu kitabın çağdaş Azərbaycan ədəbiyyatında geniş müzakirələrə və polemikalara səbəb olacağı inancındayıq”.

Qeyd edək ki, iyunun 5-i, saat 17:00-da Kitabevim.az kitab marketində “Maqlar” kitabının təqdimat mərasimi keçiriləcək.

Şərhlər

Çox oxunanlar