Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi qeyd ediləcək

02.02.2018 21:11     Artreaksiya     1642

Prezident Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb. 
Sərəncamda qeyd edilir ki, 2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur. Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer verib, öz səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak edib, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərib. Milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Prezidentin digər sərəncamı ilə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Rafiq Əşrəf oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif edilib. Musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə isə Kamil Cəlil oğlu Cəlilov “Şərəf” ordeni ilə təltif edilib

Reaksiya.az

Şərhlər

Çox oxunanlar