Qazaxıstanda türkdilli ölkələrin Kitabxanalar Birliyi qurulur
04.08.2015 23:05 Artreaksiya 3106
Qazaxıstanın Milli Kitabxana rəhbəri Alibek Əskərov təşkil olunan mətbuat konfransında Qazaxıstanın türk dilində danışan ölkələrin Kitabxanalar Birliyi qurma qərarı aldığını bildirib.
Əskərov “ Bu il türkçə danışan ölkələrin kitabxanalardan məsul şəxslərini toplayıb bu qərar haqda məlumat verməyi planlaşdırırıq “ deyə bildirib. Qazaxıstanın Cənubi Afrika Respublikasında keçiriləcək olan Dünya Kitabxanalar Konqresində iştirak edəcəyini bildirən Əskərov “ Bütün dünyada dijital texnologiyalar istifadə olunur və kitabxanalar gənc nəslin çap kitablar oxumaqdan imtina edə biləcəyinin narahatlığını yaşayır. Bu məsələ Dünya Kitabxanalar Konqresində müzakirə olunacaq. Konqresə 3500 məsul şəxsin qatılacaq və 200 çıxış olacaq. “ deyə məlumat verib. Əskərov Qazaxıstanda Milli Kitabxananı illik təxminən iki milyon insanın ziyarət etdiyini bildirib. Xatırladaq ki, Qazaxıstanın əhalisi 17 milyon nəfərdir.
Şərhlər