MEK-də bəstəkar, akademik Qara Qarayevin elektron katoloqu yaradılıb
14.02.2018 18:52 Artreaksiya 1958
MEK-də bəstəkar, akademik Qara Qarayevin elektron katoloqu yaradılıb
Azərbaycan musiqisinn böyük simalarından biri, bəstəkar, pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Reaksiya.az - ın verdiyi məlumata görə, Qara Qarayevin 100 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə yüksək səviyyədə qeyd olunur.
Qara Qarayevin 100 ilik yubileyinə töhfə olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) bəstəkara aid bütün sənədlər elektron kataloqa daxil edilib, rəqəmsallaşdırılıb və elektron formatda oxucuların istifadəsinə verilib.
Qara Qarayevə aid rəqəmsal baza M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına da hədiyyə olunub. Bəstəkarın bütün not əsərləri, haqqında yazılmış “Qara Qarayev və Azərbaycan xalq musiqisi (lad-intonasiya və formayaradıcı xüsusiyyətlərin tədqiqi)”, “Aşıq musiqisinin Azərbaycan bəstəkarlarının yaradıcılığında rolu və əhəmiyyəti: Üzeyir Hacıbəyov və Qara Qarayevin əsərləri əsasında”, “Onun musiqisi”, “Çingiz Aytmatov: Mən Manas oğluyam”, “Azərbaycan bəstəkarlarının orkestr əsərlərində fortepianonun tembr-akustik xüsusiyyətləri”, “Qara Qarayev-tələbələrinin xatirəsində”, “Qara Qarayev həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında”, “Q.Qarayevin əsərlərindən fleyta və fortepiano üçün işləmələr”, “Üzeyir Hacıbəyli və Qara Qarayevin yaradıcılığında aşıq musiqisinin təzahür xüsusiyyətləri” və s. kitablar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.
Qeyd edək ki, Milli Rəqəmsal Yaddaş layihəsinin məqsədi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.
Gülnaz Qənbərli
Şərhlər