"Qaynana"nın Sevdası ilə vida görüşü
05.08.2015 11:03 Artreaksiya 2450
Dünən vəfat edən əməkdar artist Tanilya Əhmərova ilə vida mərasimi bu gün keçiriləcək.
Reaksiya.az Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə xəbər verir ki, vida mərasimi 13:00-da Təzə Pir məscidində təşkil olunacaq. Qeyd edək ki, T.Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib. İyunun 1-də 65 yaşı tamam olan Aktrisa 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bir çox - “Sevinc buxtası”, “Şir evdən getdi”, “Üzü küləyə”, “Qaynana”, “Yarımçıq qalmış mahnı”, “Üzeyir ömrü”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Portağal” (Ukrayna), “Hər şeydən əvvəl düzlü”» (Özbəkistan.), “Dağıdılmış körpü” (1996) və s. – filmlərdə rol alıb.
Allah rəhmət eləsin!
Şərhlər